“Gent”lə oyundan əvvəl “Qarabağ”da ciddi itki

İDMAN
18:33 20.02.2023
254
 

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Gent”lə oyunda zədələnmiş "Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Marko Yankoviç həkim müayinəsindən keçib.

 

Bununla bağlı klub məlumat yayıb. 

Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən dörd həftə yaşıl meydanlardan kənar qalacaq.

 
OXŞAR XƏBƏRLƏR