Əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 10-dan etibarən...

Əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 10-dan etibarən...
SOSİAL
11:04 09.09.2024
1041

Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.  

AZXEBER.COM xəbər verir ki, bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. 

Bildirilib ki, 10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq. 

Hazırda geomaqnit qasırğası orta səviyyədədir. Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim)  səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.

Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.

OXŞAR XƏBƏRLƏR