Georgi Hacı Ermənistan yığmasından imtina etdi

İDMAN
10:40 12.11.2013
1098

"Qalatasaray" klubunun əfsanəsi daha çox Rusiyada işləməkdə maraqlıdır

Georgi Hacı futbol üzrə Ermənistan yığmasını çalışdırmaqdan imtina edib. Bu barədə FİFA agenti Leonid İstrati məlumat verib. Onun sözlərinə görə, 48 yaşlı rumıniyalı mütəxəssisin Rusiyada işləməyi daha münasibdir. Onu Rusiya Primyer Liası klubları daha çox maraqlandırır. Georgi - rumın futbolunun canlı əfsanəsidir, ona birinci liqa komandaları maraqlı deyil. Xatırladaq ki, daha əvvəl Hacı “Qalatasaray” klubundan da imtina etmişdi. O, məşqçilik təcrübəsində Rumınyanın “Bursaspor” və “Styaua” klublarını çalışdırıb. Futbolçu fəaliyyətinə görə “Karpat Maradonası” ləqəbi verilib. G. Hacı “Real” və “Barselona” klublarında top qovub. (anspress)

OXŞAR XƏBƏRLƏR