"Təhminə” filminin qəhrəmanı Meral Konrat "Atv kulis”ə açıqlama verib.
Aktrisa tənha olduğunu, eşq yaşamaq istədiyini deyib:
"Gerçək eşq istəyirəm. Olsun, evlənim. Bir-birinə yalan deməyəcək, təbii olacaq. Münasibətlərdə sevgi və hörmət olmalıdır. Hazırda həyatımda heç kim yoxdur”.
Meral Təhminə obrazından da söz açıb:
"Rasim Ocaqova inanıb gəlib, o filmə çəkildim. Amma o elə bir kulis qurmuşdu ki... Təhminə özəl, eşqinə sahib çıxan qadın idi. Eşqi üçün ərindən boşandı və öldü. Sonda Təhminənin ölməsinə üzüldüm. Filmin sonunda ağladım. Təhminə bir, iki kəlmə ilə izah edilə bilməz”.
axsam.az