"Geriyə çəkilmək məğlubiyyət deyil" - Tolik

"Geriyə çəkilmək məğlubiyyət deyil" - Tolik
MAQAZİN
12:56 10.06.2026
104
"Bəzən insan elə bilir ki, artıq hər şey bitib. Gücü qalmayıb, həvəsi qalmayıb, arzuları yorulub. Hətta özünə belə inamı azalır. Amma həyatın qəribə bir qanunu var – elə bir səhər açılır ki, qəlbinə yenidən işıq dolur. İçində yeni bir güc, yeni bir ümid, yeni bir yaşamaq və yaratmaq həvəsi oyanır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev sosial şəbəkə hesabında yazıb.
 
Tarix Əliyev insanın bəzən həyatın yorğunluğu içində gücünü və ümidini itirdiyini düşündüyünü, lakin zamanla hər şeyin yenidən başladığını deyib:

"Bəzən insan elə bilir ki, artıq hər şey bitib. Gücü qalmayıb, həvəsi qalmayıb, arzuları yorulub. Hətta özünə belə inamı azalır. Amma həyatın qəribə bir qanunu var - elə bir səhər açılır ki, qəlbinə yenidən işıq dolur. İçində yeni bir güc, yeni bir ümid, yeni bir yaşamaq və yaratmaq həvəsi oyanır. O zaman anlayırsan ki, sən heç vaxt itməyibsən, heç vaxt dəyişməmisən. Sən yenə də həmin güclü, mübariz və arzularının arxasınca gedən insansan. Sadəcə həyatın yorğunluğundan bir az dayanıb nəfəs almısan, ruhuna və qəlbinə istirahət vermisən".

O, bildirib ki, geri çəkilmək məğlubiyyət hesab edilməməlidir:

"Unutma, bəzən geriyə çəkilmək məğlubiyyət deyil. Bəzən yenidən daha güclü qayıtmaq üçün ruhun özünə vaxt istəyir. Və o vaxt gəldikdə, insan bir daha anlayır ki, içindəki işıq heç vaxt sönməyib, sadəcə bir müddət sakitcə yanıb". 
 
Aysel
OXŞAR XƏBƏRLƏR