Ramil Şeydayevin yeni klubu bəlli oldu

Ramil Şeydayevin yeni klubu bəlli oldu
İDMAN
14:17 10.06.2026
83
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək.

Bu mövsümün sonunda "Qarabağ" ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş "Şəfa" klubuna keçəcək.

Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev son mövsüm "Qarabağ"ın heyətində 11 matça çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR