Ronaldo karyerasının 985-ci qolunu vurub

Ronaldo karyerasının 985-ci qolunu vurub
İDMAN
03:06 30.10.2026
148
Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda "Əl-Nəsr” doğma meydanda "Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.

AZXEBER.COM xəbər verir ki, görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.

Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Qələbədən sonra "Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider "Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə "Əl-Həzm”ə qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR