Gey iddiasına cavab: "Hətta anan da bunun yanlış olduğunu bilir"

Gey iddiasına cavab: "Hətta anan da bunun yanlış olduğunu bilir"
İDMAN
14:36 17.11.2017
1482

"Chelsea”nin hücumçu Mişi Batşuayi növbəti dəfə diqqət mərkəzinə düşüb.

Sosial şəbəkələrdə fəallığı ilə seçilən 24 yaşlı belçikalı "The Chelsea Daily” saytı əməkdaşının "Batşuayi Premyer Liqada gey olduğunu açıqlayan ilk futbolçu olacaq” postuna sərt qarşılıq verib: "Hətta anan da, bunun yanlış olduğunu bilir”.

Xatırladaq ki, zədədən əziyyət çəkən Batşuayinin "Chelsea”nin Çempionlar Liqası çərçivəsində noyabrın 22-də "Qarabağ”la oyunu buraxacağı gözlənilir.

///goal.az

OXŞAR XƏBƏRLƏR