Gey-parad əleyhinə aksiya keçirildi - VİDEO

MARAQLI
14:48 11.05.2012
2640
Mayın 8-də Güney Azərbaycanın Təbriz şəhərində, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı şok faktlar ortaya çıxıb. Güney azərbaycanlılardan “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda “gey parad” keçirilməsi iddiası ilə Azərbaycan iqtidarı və bütövlükdə ölkəmiz hədəf alınan aksiyada Təbriz əhalisi iştirak etməyib: "İranda hamı mollaların Təbrizdəki düzməcə aksiyanın necə hazırlandığını bilir. Bu mitinqdə təbrizlilər deyil, İranın digər vilayətlərindən gətirilmiş yoxsul kəndlilər, dövlətə bağlı “Bəsici”lər iştirak ediblər. Onlara bu mitinqə iştirak etmək üçün pul verilib və ərzaq paylanıb. Faktı təsdiqləyən video görüntüləri redaksiyanıza təqdim edirik. Qoy hamı həqiqəti bilsin”. – deyə soydaşlarımız bildiriblər.
OXŞAR XƏBƏRLƏR