Geyimi ilə diqqət çəkən qadın müğənni : 'Atam "vor" aləmindən olub, xasiyyətim qandan gəlir'
MAQAZİN
15:59 14.08.2012
8818
Onda olan səs potensialı ilə sənətdə çox şeyləri qazanmaq olardı. Amma onun nə böyük dinləyici auditoriyası, nə hit mahnıları, nə də istədiyi qonorarları var. AZXEBER.COM-un məlumatına görə, səbəbini Səidə özü “Aysel” jurnalına açıqlayıb.Yayda əsasən dostlarının əhatəsində dincələn Səidə Sultan günəş altında qaralmağı da çox sevir. Özü də rahat və hamar qaralma üçün bikini (üst və alt hissəsi ayrı, ipli - red.) çimərlik kostyum növünə üstünlük verir. Həmçinin əlvan rəngli çimərlik dəsti seçir ki, belə dəst qaralmış dəridə daha gözəl görünür. Ona görə vulqar geyim yoxdur, vulqar insanlar var. Ümumiyyətlə, o, insanlara geyiminə görə qiymət vermir. “Aysel” "Qarderobumda ən çox mini paltarlar üstünlük təşkil edir, çünki belə donda özümü çox rahat hiss edirəm" deyən Səidə Sultanın necə insan olduğunu öyrənməyə çalışıb.- Mənə elə gəlir ki, hələ imicdə öz yerinizi tapmamısınız, axtarışdasınız, çünki saç rənginizi də tez-tez dəyişirsiniz. Bu nə ilə əlaqədardır?- Saçım həmişə qısa olub, uşaqlıqdan anam kəsib saçımı. İndi də gecə yatıram, ağlıma nə isə fikir gəlir. Səhər stilistim Natiqə deyirəm ki, saçımı qırx. Eyni saç formasında çox qala bilmirəm. Bəlkə də keçəl qırxdırdım (gülür - red.). Sanki bu yolla rahatlayıram, hirsimi çıxarıram.- Bəs sənətdə necə, yerinizi tapmısınız?- Sənətdə yerimi yetərincə tapmışam, sadəcə olaraq mərdimazarlar, aravuranlar, pis insanlar olmasa, yaxşı olar. Sənətdə yolumu kəsənlər çoxdur. Mən pik nöqtəni fəth edəcək bir müğənniyəm və bunu bilənlər də pislik etməyə çalışır. Mən də həvəsdən düşürəm. Dilim var, dalaşaram, amma pislik etməyə qorxaram.- Məncə, bu situasiya xoşunuza gəlir, hərçənd səsinizlə irəli gedə bilərsiniz. İnternetdə yayılan qeyri-etik şəkilləri nəzərdə tuturam- Bəhs etdiyiniz şəkillər 8 il öncə çəkilib. Artıq mən qocalmışam, amma hələ də onların söhbəti gedir.- Deməli onları əvəz edəcək bir şey ortalığa çıxmayıb ki, onlar barədə danışılır- İnanın əvəz edəcək bir şey də çıxsa, danışılacaq. O insanlar bilirlər ki, bu mənim xoşuma gəlmir. Kimsə məni zəif nöqtəmdən vurmağı xoşlayır. Mənə bir şey çatmır ki, onlar arasında Xalq artisti, Əməkdar artist də var. Amma səhvi özümdə görürəm.- Səidə Sultan dedikdə, ağıla ilk olaraq hansı mahnı gəlir? Məncə, beləsi yoxdur-Bu, elə bir sənətdir ki, irəli getmək üçün kimlərdənsə istifadə etməyi bacarmalısan. Vurmalısan, yıxmalısan, kiminsə yolunu kəsməlisən. Mənsə əyilməyi sevmirəm, bu yekəxanalıq deyil, əsla. Acından ölsəm də, kimdənsə pul istəyə bilmərəm. Qarşıma milyonçu çıxsa da, əslində, çıxıb da, deyə bilmərəm ki, mənim üçün nə isə et. Bizim sənət bunu tələb edir. İstəmirəm adımın yanına bir ad qoşulsun. Səidə Sultan deyəndə, adım tər-təmiz çıxır, deyilmir ki, filankəs saxlayır. İti saxlayarlar, adamı yox. Həmişə elə şeylərdən qaçmışam. Qoy təmiz adım olsun. Yalnız üstümə həyat yoldaşımın adı yazıla bilər. Dostum ola bilər, mənə nə isə hədiyyə edə bilər, o başqa. Qoy məni elə dəli kimi tanısınlar (gülür - red.).-Xatirə də ərə getdi…- Qismət. Xatirə yatsa, yuxusuna girməzdi ki, ərə gedəcək. Hər şey ani oldu, on günün içində, oğlan onu toyda görüb bəyəndi, özü də adi qız kimi bəyənib evləndi. Düzdür, qismət insanın öz əlindədir, mənim də qismətim çıxıb, seçə bilərdim, ərə gedə bilərdim. Sonradan düşünmüşəm ki, bu uzun sürməyəcək.-Axı bunu heç kim bilə bilməz.-Məndə o hisslər var. Yəni öncədən hiss edə bilirəm.- Kənardan şıltaq qız kimi görünürsünüz, sanki ciddi sevgi münasibəti sizlik deyil?- Elə görünür (gülür - red.) Əksinə. Böyük sevgi yaşamışam, amma özüm qırmışam, söz-söhbət məni bezdirib. İndiyə qədər də o insan məndən əl çəkmir, istəyir. Məni sevənlər çox olub, hətta qızlarının adını da Səidə qoyublar. Kişinin sözü bir olmalıdır, dedi eləməlidir. Hərləndi-fırlandı mənlik deyil. Ailəli insanla heç vaxt artıq hərəkət eləmərəm. Ailəli insanın birinci növbədə xanımına hörmət edirəm. Mən də onun kimi bir xanımam, kim istəyər ki, ərinin başqa xanımı da olsun?! Həyatda düz olmaq çətindir, düz olursan düzdə qalırsan.-Ailənizdən bəhs edin.-Anam bağça müdirəsidir, iki bacım var, ərdədirlər. Xalayam, ikinci dəfə xala olmağa hazırlaşıram. Yeznələrimi də çox sevirəm.- Bəs atanız?- O, rəhmətə gedib, 5 il bundan qabaq, qaraciyər serrozundan.- Sizcə, bu zamana qədər nələrə nail olmusunuz?- Həyatda nəyəsə nail olmaq üçün özümü öldürən insan deyiləm, biclik eləməyi bacarmıram. Hər şey birdən olmur ki, çətinlik olmalıdır. Allah çətinliyin içində insanı sınayır. İşim var, ruzim var, min bərəkət. Xarakterim fərqlidir, atam "vor" aləmindən olub, xasiyyətim qandan gəlir, ondan mənə keçib. Anam deyir ki, qız deyilsən, "qədeşsən" (gülür - red.).