‘Gic-gic bəyanatlar veriblər’ - Siyavuş Novruzov

‘Gic-gic bəyanatlar veriblər’ -  Siyavuş Novruzov
17:23 04.04.2013
897

Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” NİDA-çı gənclərin həbsini pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti həbslərə son qoymağa və gəncləri saxta ittihamlarla həb etməməyə çağırıb.

AZXEBER.COM saytımodern.az-a istinadən xəbər verir ki, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu bəyanata reaksiya verib. YAP rəsmisi bildirib ki, hakimiyyət üçün onların nə dediyi o qədər də önəmli deyil. “Human Right Watch”-ın nə deməyindən asılı olmayaraq biz ona fikir vermirik. Ən qatı cinayətkar həbs edilsə belə, bu təşkilat deyəcək ki, onun heç bir təqsiri yoxdur. Onlar ömrü boyu müxtəlif qüvvələrin təsiri altında olublar və bu cür gic –gic bəyanatlar veriblər”- deyə kəskin şəkildə etirazını bildirib.

Xatırladaq ki, NİDA vətəndaş hərəkatının 7 üzvü haqqıda həbs-qəti imkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Bununla bağlı adıçəkilən hüquq təşkilatı hakimiyyəti fəalları həbs etməməyə çağıran bəyanatla çıxış edib.

OXŞAR XƏBƏRLƏR