Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi tərəfdaşı Heydər Əliyev Fondu və Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupunun bu gün keçirilən mətbuat konfransında müsabiqənin yerli sponsorlarınn adı açıqlanıb. AZXEBER.COM-un məlumatına görə, Gilan Holdinq, Kapital Bank və SilkWay Hava Yollarının Eurovision Mahnı Müsabiqəsi 2012-nin yerli sponsorları olduğu bildirilib.Qeyd edək ki, müsabiqənin baş sponsoru Azercell, beynəlxalq sponsorlar isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Swarzkopf şirkətidir.Eurovision Mahnı Müsabiqəsinin turizm tərəfdaşı isə Azərbaycan Turizm Assosiasiyasıdır.