Gimnastımız beynəlxalq yarışda qızıl medal qazandı - FOTOLAR

İDMAN
15:50 26.10.2022
400
Azərbaycanlı gimnast Kamilə Əsgərova Əbu-Dabi şəhərində keçirilən bədii gimnastika üzrə 5-ci beynəlxalq yarışda birinci yerə layiq görülüb.
 
AZXEBER.COM xəbər verir ki, 2010-ci il təvəllüdlü gimnast gürzlə hərəkətlərdə qızıl medal, çoxnövçülükdə isə gümüş medala sahib olub.
 
Qeyd edək ki, 22-23 oktyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib. Almaniya, Rusiya, Qazaxstan, Hindistan, Litva, BƏƏ, Sinqapurla yanaşı Azərbaycanı da bu yarışda 35-ǝ yaxın gimnastımız təmsil edib. Onlardan 21 gimnast "Sports box” idman klubunun yetirmələri olub. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb. Beynəlxalq dərəcəli məşqçilər Sevil Fərəcova, Kamilla Kazimova və məşqçilər Sona Rəhmanova, İlahə Məmmədovanın müşayiəti ilə 21 gimnastla təmsil olunan "Sports Box” klubu vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb.
 




OXŞAR XƏBƏRLƏR