Girovlarımıza cəza – Ömürlük - 22 il

SİYASƏT
16:18 19.12.2014
2453
Kəlbəcərli girovların "məhkəmə prosesi" bu gün də davam etdirilib.
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyirb. 
O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə  və çəkiliş aparmaqda ittiham edib. Erməni prokuror Smbat Tskanyanı Dilqəm Əsgərovun öldürdüyü deyərək onun ermənilərə olan nifrətini Şahbaz Quliyevə "sənin erməni yazığın gəlir?" sualını verməsilə əsaslandırıb.
Qeyd edək ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.
OXŞAR XƏBƏRLƏR