Gitara ifaçısı onunla toya getməyən müğənnini bıçaqladı

Gitara ifaçısı onunla toya getməyən müğənnini bıçaqladı
HADİSƏ
11:04 07.05.2025
278
Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: "Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.
OXŞAR XƏBƏRLƏR