Sosial şəbəkələrdə Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Mehdi Səlimovun videosu yayılıb.
AZXEBER.COM xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, videonu yayanlar iddia edir ki, Mehdi Səlimov Nərimanov rayonu, Yusif Hacıbəyli küçəsində ağacdıqda dayanaraq gəlib-gedənləri haqsız yerə saxlayıb ya rüşvət alır, ya da ki, əsassız yerə cərimə yazır: «O deyir ki, hec kim mənə həç nə edə bilməz, puldan hər kəsə pay verirəm».