Gömrükçülərin maaşı artdı

SOSİAL
17:22 19.05.2016
1718
Nazirlər Kabineti qərarında dəyişiklik etdi.
Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, dəyişiklik gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərlə bağlıdır.
İndiyə qədər inkişaf fonduna daxil olan vəsaitin 25%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilib.
Bundan sonra isə inkişaf fonduna daxil olan vəsaitin 50%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldiləcək

OXŞAR XƏBƏRLƏR