Gömrükdə əməliyyat: “beşbarmaq” və dəyənək aşkar edildi

SOSİAL
14:01 18.08.2016
1868
Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR