Gömrükdə narkotik əməliyyatı - Bağırsağında heroin aşkarlandı

SOSİAL
13:33 29.08.2016
1589
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR