Gömrükdə siqaret əməliyyatı - FOTO

Gömrükdə siqaret əməliyyatı - FOTO
SOSİAL
17:13 02.04.2016
3213
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsi cəhdlərinin qarşısını alıblar.
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, həyata keçirilən tədbir nəticəsində Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun qarşısında duran “VAZ 21099” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin salonundan Belarusun aksiz markası ilə markalanan cəmi 39 min ədəd “NZ Gold Compact”, “NZ Black Compact” və “NZ Sun” adlı siqaretlər aşkar olunaraq götürülüb.
Digər əməliyyat məlumatı əsasında isə Xaçmaz şəhərindəki “Şahzadə” şadlıq sarayının qarşısında duran və Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 2102” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı isə avtomaşının yük yerindəki 3 ədəd çantadan Belarus Respublikasının aksiz markası ilə markalanan 60 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib.
Bundan başqa, Rusiya istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsinə baxış nəticəsində avtomaşının qapılarında üzlüyün altında gizlədilmiş 18 min 200 ədəd “NZ Gold Compact” markalı siqaretlər, eləcə də 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi