"Google" elan etdi: Bu proqramın adı dəyişdirildi

MARAQLI
14:01 09.02.2024
312
"Google" süni intellekt (AI) chatbotu Bard-ın adını dəyişdirərək "Gemini" adlandırıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət tərəfindən açıqlama verilib.
 
Açıqlamada ötən ildən bəri dünyanın bir çox istifadəçisinin Bard'ı iş müsahibələrinə hazırlaşmaq, kodlardakı səhvləri aradan qaldırmaq, yeni iş fikirlərini beyin fırtınası etmək və ya şəkillər yaratmaq üçün istifadə etdiyinə diqqət çəkilib.

Açıqlamada Bardın artıq "Gemini” adlandırılacağı, "Pro 1.0” modeli ilə bu funksiya ilə 40-dan çox dildə, 230-dan çox ölkə və bölgədə söhbət etməyin mümkün olduğu bildirilib.

Qeyd olunub ki, Ultra 1.0 modeli ilə Gemini Advanced-in mürəkkəb vəzifələrdə çox daha bacarıqlı olduğu, daha uzun və ətraflı söhbətlərə imkan verdiyi, Gemini Advanced-in 150-dən çox ölkə və bölgədə ingilis dilində təklif edildiyi və genişləndiriləcəyi bildirilib.
 
Açıqlamaya görə, Gemini Advanced-in yeni "Google One AI Premium" planının bir hissəsi olaraq ayda 19,99 dollara, 2 aylıq pulsuz sınaq müddəti ilə istifadə edilə biləcəyi qeyd edilib.

Sözügedən planın mövcud Google One Premium planının bütün üstünlüklərini, həmçinin Google AI-nin ən son inkişaflarını təqdim edəcəyi və AI Premium abunəçilərinin tezliklə Gemini-ni Google xidmətlərində istifadə edə biləcəkləri ifadə edililib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR