"Google" oktyabrın 9-dan süni intellekt modelləri "Gemini Flash" və "Gemini Pro"ya çıxışı yalnız ödənişli abunəliyi olan istifadəçilərlə məhdudlaşdıracaq.
Bu barədə şirkətin yardım mərkəzində yayımlanan məlumatda bildirilib.
Qeyd olunur ki, 2026-cı ilin oktyabrından şəxsi hesab istifadəçilərinin "Gemini" tətbiqlərində modellərə çıxış qaydaları dəyişəcək. Süni intellekt abunəliyi olmayan istifadəçilər üçün yeni qaydalar oktyabrın 9-dan qüvvəyə minəcək.
Bununla belə, abunəliyi olmayan istifadəçilər "Gemini Flash-Lite" versiyasından istifadə etmək imkanını saxlayacaqlar.
Google oktyabrın 1-də yeni flaqman süni intellekt modeli Gemini 4 Argonu təqdim edib. Hazırda modelə çıxış kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi şirkət və təşkilatlarla məhdudlaşır.
///teleqraf///











































