İmamoğlunun həbsindən sonra "Google"da axtarış edənlər təəccüblü nəticə ilə rastlaşıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Google"nin axtarış nəticələrindən Əkrəm İmamoğlunun adının yanındakı "İstanbul Böyükşəhər Bələdiyyə Başçısı” başlığını çıxardığı görülüb.
İmamoğlunun adının yanında "iş adamı" və "keçmiş Beylikdüzü Bələdiyyə Başçısı" qeydləri yer alıb.
Xatırladaq ki, bir neçə gün öncə saxlanılan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqda rüşvət alma iddiasi ilə cinayət işi açılıb və onun haqda həbs qətimkan tədbiri seçilib.
İmamoğlu məhkəmədən birbaşa cəzacəkmə müəssəsinə aparılıb.
Aysel