“Google” növbəti dəfə Azərbaycanı təhqir etdi – FOTOLAR

“Google” növbəti dəfə Azərbaycanı təhqir etdi – FOTOLAR
MARAQLI
00:51 24.01.2012
3738

Naxçıvan qədim erməni torpaqları kimi göstərilib

“Google Earth” proqramı Azərbaycanın ərazi bütövlüyünü və tarixini növbəti dəfə təhrif edib. Bu barədə “Azərbayt” İnternet İstifadəçiləri Birliyindən məlumat verilib.

Məlumata görə, “Google Earth” proqramından Azərbaycanın əzəli və ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim erməni torpaqları kimi göstərilib. Bölgədəki kəndlərin və toponimlərin adları isə erməni dilində (Məsələn: Çənnəb – Çğna, Rumus – Ramis və s.) göstərilib.

Bundan əlavə həmin bölgələrdə mövcüd olmayan erməni kilsələrinin varlığı iddia edilir və bu “kilsələrin” fotoları yerləşdirilib.(ann.az)

OXŞAR XƏBƏRLƏR