Dünyanın ən böyük və populyar internet axtarış sisteminə malik Google korporasiyasının banilərindən və sahiblərindən biri Sergey Brinin ailəsinin dağılmasının səbəbləri bəlli olub.
Sən demə, Google Glass eynəyinin hazırlanma prosesində korporasiyanın texniki inkişaf departamentinin menecerlərindən olan 27 yaşlı Amanda Rozenberq bilavasitə S.Brinin nəzarəti altında işləyirmiş.
Onların arasındakı işgüzar danışıqlar az sonra sevgi məcərasına çevrilib və S.Brin 40 yaşlı xanımı Enn Vociskiyə xəyanət etməyə başlayıb.
A.Rozenberq Google Glass eynəyi ilə bağlı "müzakirələr" aparmaq üçün Sergey Brinin evinə yollananda isə xəyanətdən duyuq düşmüş Enn Vociski ilə yeni sevgili arasında dava düşüb.
İki həftə sonra isə Sergey Brin evini tərk edərək Amanda Rozenberqlə yaşamağa başlayıb.
25 milyard dollarlıq sərvətin sahibi Sergey Brinin dediyinə görə, 6 milyon dollarlıq malikanəsini Enn Vociskiyə bağışlayıb: "O evi sabiq arvadımla iki övladıma verdim və çıxdım. Düşünürəm ki, artıq məsələ qapanıb".
Enn Vociski ailəsini dağıtmaq, ərindən boşanmaq istəmir, fəqət Sergey Brin boşanmaq fikrindədir.(milli.az)



