"Google" yeni süni intellekt modelini təqdim edib

"Google" yeni süni intellekt modelini təqdim edib
DÜNYA
16:05 07.12.2023
172

Google, çoxdan gözlənilən "Gemini” adlı ən güclü süni intellekt modelini təqdim edib.

 

AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, 170-dən çox ölkədə satışa çıxarılacaq süni intellekt modelinin ilk versiyası "Google”-in İngilis dili üçün olan klaviaturasında, daha yığcam versiyası isə smartfonların klaviaturasında təklif olunan mesajlaşma hissəsində mövcuddur.

 

Bildirilir ki, dekabrın 13-dən etibarən "Google Cloud” proqramı istifadəyə veriləcək.

 

Google, geniş təhlükəsizlik yoxlamalarından sonra ən güclü "Gemini” versiyasının isə 2024-cü ildə buraxılacağını bildirib.


 

Aysel

OXŞAR XƏBƏRLƏR