‘Google’ Üzeyir Hacıbəyovu unutmadı - FOTO

MƏDƏNİYYƏT
10:00 18.09.2013
3303

Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibəti ilə “Google.az” öz dizaynında dəyişiklik edib.

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür.

AZXEBER.COM-un məlumatına görə, bu münasibətlə “Google.az” saytında müəyyən dəyişiklik edilib. Belə ki, bu gün münasibəti ilə şirkət dahi bəstəkarın doğum günü şərəfinə onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" , “Leyli və Məcnun” kimi əsərlərinin fotolarını əks etdirən dizayn yerləşdirib.

Qeyd edək ki, Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü. Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.

OXŞAR XƏBƏRLƏR