"Google"də yeni funksiya: Artıq kolleksiya yığa biləcəksiniz

MARAQLI
10:29 26.05.2023
205
Google Chrome-a yeni yan panel gəlib. Bu panel sayəsində siz Chrome-u masaüstü kompüterinizdə asanlıqla fərdiləşdirə biləcəksiniz.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yeni tab səhifəsinin aşağı sağ küncündə görünən "Chrome'u fərdiləşdirin" düyməsi indi şaquli yan panel kimi açılır.

15 fərqli rəng kombinasiyası təklif edən Chrome həmçinin rəng seçiciyə malikdir.

Rəng ön ayarlarının üstündə Chrome-un fonunu dəyişdirmək üçün bir düymə var. Buradan siz kompüterinizdə saxlanmış şəkli yükləyə və ya kateqoriyalardan birini seçə bilərsiniz. Google həmçinin bir neçə kolleksiya variantı təklif edir.

Hər gün fərqli bir Google Chrome fonu qura bilərsiniz. Həmçinin, işinizi və şəxsi hesablarınızı ayrı saxlamaq üçün Profillərdən istifadə edirsinizsə, onları fərqləndirmək üçün hər bir Profilə fərqli fon və rəng verməyi seçə bilərsiniz. Chrome etdiyiniz bütün fərdi redaktələri yadda saxlayır. Beləliklə, seçdiyiniz son rəng birləşməsi və ya fon avtomatik olaraq tətbiq olunur.

Bu yeni yan paneldən oxu siyahınıza tez keçə biləcəyiniz açılan menyu da var.
  
Gülay

OXŞAR XƏBƏRLƏR