Goranboy sakini qonşusu tərəfindən bıçaqlanıb

Goranboy sakini qonşusu tərəfindən bıçaqlanıb
HADİSƏ
23:30 10.12.2025
109
Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR