Goranboyda 2 nəfər göbələkdən zəhərləndi

Goranboyda 2 nəfər göbələkdən zəhərləndi
SOSİAL
10:31 27.10.2023
138
Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.
 
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
 
Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR