Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
SOSİAL
15:33 11.12.2022
184
Goranboy rayonunun Səfıkürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.

Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR