Goranboyda ağır yol qəzası: ölən və yaralanan var

Goranboyda ağır yol qəzası: ölən və yaralanan var
HADİSƏ
08:31 26.08.2025
187
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy–Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü A. Həsənova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü F. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR