Goranboyda avtomobil aşdı: yaralılar var

Goranboyda avtomobil aşdı: yaralılar var
SOSİAL
13:30 04.08.2017
757
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıb. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 
 
///apa
OXŞAR XƏBƏRLƏR