Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
SOSİAL
20:37 04.01.2025
214
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarə etmədən çıxaraq aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR