Goranboyda baş direktoru döydülər - RƏSMİ AÇIQLAMA

Goranboyda baş direktoru döydülər - RƏSMİ AÇIQLAMA
SOSİAL
21:41 19.02.2024
258
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb:

"Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır”.
OXŞAR XƏBƏRLƏR