Goranboyda dəhşət: Qonşusunun boğazını kəsdi

Goranboyda dəhşət: Qonşusunun boğazını kəsdi
SOSİAL
19:30 06.05.2018
5301
Goranboy sakini bıçaqlanıb. APA-nın qərb bürosunun məlumatına görə, rayonun Dəyirmanlar kəndindən olan 49 yaşlı Xudaverdiyev Həsən Çoban oğlu boğaz nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, H. Xudaverdiyev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR