Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Elə həmin vaxt qəza yerinə yaxınlaşan iki digər minik avtomobili də bir-biri ilə toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.