Goranboyda həkim maşınla yeniyetmə qızı vurub

Goranboyda həkim maşınla yeniyetmə qızı vurub
SOSİAL
16:02 08.06.2025
1063
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Belə ki, marketlərin birinin qarşısında Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi "Nissan" markalı minik avtomobili yolu keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
OXŞAR XƏBƏRLƏR