Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb

Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb
HADİSƏ
23:10 19.04.2025
167
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Qəza Bakı–Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan "Toyota Prius” markalı minik avtomobili "VAZ 2107” markalı avtomobilə arxadan çırpılıb.

Toqquşmanın təsirindən "Prius” yolun kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR