Goranboyda iki dost arasında mübahisə ölümlə nəticələnib

Goranboyda iki dost arasında mübahisə ölümlə nəticələnib
HADİSƏ
10:29 24.03.2026
240
Goranboy rayonunun Dəliməmmədli şəhərində iki nəfər arasında mübahisə olub, ölən var.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Elçin Ağayev və 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Nəticədə Elçin Ağayev Ə.Əliyevə ciddi xəsarət yetirib.

Sonuncu ağır vəziyyətdə Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılsa da, bir neçə gün koma vəziyyətində qaldıqdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR