Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapıldı

Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapıldı
SOSİAL
10:40 20.08.2025
358
Goranboyda itkin düşən məktəbli tapılıb.

AZXEBER.COM xəbər verir ki, APA-ya bu barədə itkin düşmüş İsayev Ümid Azad oğlunun yaxınları məlumat verib.

Bildirilib ki, məktəbli Bakı şəhərindən tapılıb. Hazırda o, ailəsinin yanındadır.

Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR