"Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb”.
Bunu AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
O, qeyd edib ki, hadisə "Niva” və "QAZel” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəzada xəsarət alan olmayıb.