Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb
HADİSƏ
19:31 31.05.2025
1041
Mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan ambutasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AZXEBER.COM xəbəer verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbəsində aparılır", - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR