Goranboyda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var - FOTO

Goranboyda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var - FOTO
SOSİAL
19:23 01.01.2023
152
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

 

 


OXŞAR XƏBƏRLƏR