Goranboyda piyadanı avtomobil vurub

HADİSƏ
22:47 18.05.2021
505
Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Əli Nağıyevi "VAZ" markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR