Goranboyda qadın hamamda faciəvi şəkildə öldü

Goranboyda qadın hamamda faciəvi şəkildə öldü
SOSİAL
14:02 11.01.2023
148
Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR