Goranboyda qəza baş verib, ölən və yaralanan var

Goranboyda qəza baş verib, ölən və yaralanan var
SOSİAL
23:48 31.08.2020
781
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Goranboy - Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan "Azsamand" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR