Goranboyda şəhid anası vəfat etdi

Goranboyda şəhid anası vəfat etdi
SOSİAL
18:31 25.07.2026
95
Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib.

Şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib.

Mərhum kənd qəbiristanlığında dəfn olunub.

​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

///"Qafqazinfo”///
OXŞAR XƏBƏRLƏR