Goranboyda yanğına səbəb olan şəxs SAXLANILDI

Goranboyda yanğına səbəb olan şəxs SAXLANILDI
HADİSƏ
10:22 16.08.2025
239

İyul ayının 8-də Goranboy rayon Goranlı kəndinin 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

AZXEBER.COM-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K.Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR