Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü

Goranboyda yol qəzasına düşən şəxs xəstəxanda öldü
SOSİAL
12:15 03.07.2020
542
İyulun 1-i saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi "Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi "T-28” markalı traktor toqquşub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilib və iyulun 2-də orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR